“Ezan oldum susmadım, bayraq oldum enmədim, şəhid oldum ölmədim. Adım Müsəlman, soyadım Türkdür mənim!”
Qorxusuz, igid, aslan ürəkli Vətən oğulları! Onlar bizim ölməz, qəhraman şəhidlərimizdir. Müqəddəs amal uğrunda canlarını fəda edən şəhidlərimizin acısını qəlbimizdə daşıyırıq. Sizinlə qürur duyuruq Şəhidim! Gələcək nəslə qürurla buraxdıniz Vətən torpağının hər qarışı sizin qanınızla yuyulmuşdur. Tarix boyu Azərbaycan xalqı minlərcə şəhid verərək bu torpaqları qanları bahasına qoruyub bu günlərə gətirib çıxarmışdır.Mükafatları isə Allah qatına şəhid olaraq ucalmaları olmuşdur. Şəhidlik isə hər insana nəsib olmaz. İnsanın yüksələ biləcəyi ən uca, ən müqəddəs
mərtəbələrdən biridir. Yerləri cənnət, məkanları nurla dolsun. Cümlə şəhidlərimizin qarşısında baş əyir, Geridə buraxdıqları əzizlərinə səbirlər diləyir, Vətənə və xalqımıza başımız sağolsun deyirəm.